!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlər üçün NATİQLİK KURSLARI: “Bu kimi təkliflərə elə reaksiya verirlər ki...” – Siyasi texnoloqdan İLGİNC AÇIQLAMA

!Reklam – Yazi

“Məmurların necə çıxış etmələri və öz fikirlərini auditoriyaya necə çatdırmaları ilə bağlı müəyyən standartlar var”.

Bu fikirləri bir sıra nazir və digər yüksək dövlət vəzifəsi tutan şəxslərin əksər publik çıxışlarında səsləndirdikləri mübahisəli məqamların qızğın mübahisələrə yol açmasının səbəblərini dəyərləndirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, məmurların necə çıxış etmələri və öz fikirlərini auditoriyaya necə çatdırmaları ilə bağlı mövcud standartlara mütləq riayət olunmalıdır:

“Çox təəssüf ki, bizdə məmurların əksəriyyəti vəzifəyə təyin olunduqdan sonra qəbuledilməz davranış tərzinə keçməyə çalışırlar. Rusların bu barədə məşhur deyimini dilimizə çevirsək bunu belə də qiymətləndirmək olar: Mən rəisəm, sənsə axmaq”. Yəni adam vəzifəyə təyin olunubsa, düşünür ki, hamıdan ağıllıyam, mənə nəyisə öyrətməyə ehtiyac yoxdur.

O tip məmurlar vəzifəyə gəldikdən sonra özləri üçün belə bir komfort zonası yaradırlar ki, mən buradayamsa, hər şeyi hamıdan yaxşı bilirəm, dediklərim isə son həqiqətdir və olduğu kimi də qəbul olunmalıdır.

Bu baxımdan, səlahiyyəti və məsuliyyəti olmayan sadə vətəndaşlar ifadə seçimində yanlışlığa yol verdikdə, bunu onlara bağışlamaq olar. Ancaq vəzifədə olan insanlar hər sözlərini çox diqqətlə seçib danışmalıdırlar. O nöqteyi-nəzərdən, vəzifədə olan şəxslər üçün natiqlik kursları keçirilməlidir.

Məmurların necə çıxış etmələri və öz fikirlərini auditoriyaya necə çatdırmaları ilə bağlı müəyyən standartlar var ki, o tələblərə mütləq riayət olunmalıdır. Ancaq təəssüf ki, bizdə nəinki, nazir və ya onun müavinləri postunda əyləşənlərə, hətta adi şöbə müdirlərinə də müvafiq kurs təklif edəndə, buna çox neqativ yanaşırlar.

Sizə bir nümunə deyim. Bu yaxınlarda bir partiya sədri ilə görüşdə təşkilatın rəhbərliyindəki şəxslər üçün natiqlik, komandanın idarə olunması və digər məsələləri əhatə edən müəyyən kursların təşkil oluna biləcəyini dedim. Cavab verdi ki, nə danışırsız, onlara belə şey təklif etmək olar? Yəni bir partiya səviyyəsində kurslara münasibət belədirsə, nazirliklərin analoji təkliflərə reaksiyasını təxmin etmək çətin deyil”.

A.Zeynalov

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv