!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlik bütün mədəniyyət müəssisələrində monitorinqlərə başladı

!Reklam – Yazi

Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə başlayıb.

Bu barədə Yenicag.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin yenidən təşkil edilməsinin ardınca, ölkə ərazisindəki mədəniyyət müəssisələrinin mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, qəzalı, yararsız və fəaliyyətsiz müəssisələrin müəyyən edilməsi, bu istiqamətdə məlumatların sistemləşdirilməsi məqsədilə səyyar monitorinq qrupları təşkil edilib və bölgələrə ezam olunub.

Məlumata görə, monitorinq prosesi ölkənin bütün ərazisi üzrə 64 rayonu əhatə etməklə 4500-ə yaxın müəssisədə aparılır.

Monitorinqin nəticələrinə uyğun olaraq, xüsusilə respublikanın rayon və kəndlərində illər ərzində baxımsız vəziyyətdə, fəaliyyətsiz qalmış, təyinatı üzrə istifadə edilməyən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə səmərəliliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur.

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv