Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Bakının Qaradağ rayonunda yerləşən 321 nömrəli tam orta məktəbin şagirdi, bu gün müəllimi tərəfindən döyüldüyü deyilən Aqşin Hüseynzadəyə baş çəkib.
Yenicag.az-ın xəbərinə görə, bu barədə C. Valehov sosial şəbəkədəki səhifəsində məlumat verib.
O bildirib ki, hazırda A. Hüseynzadə evlərinə gedir: “Həkimlərin rəyinə görə, sağlamlığı ilə bağlı xüsusi problem yoxdur. Araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək”.