!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlik “Gilan”ı məhkəməyə verdi – “Jalə”nin bağlanması tələb edilir

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirlliyi “Gilan Holding” Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib.

Yenicag.az-ın verdiyi xəbərə görə, nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən “Jalə” istirahət mərkəzi ilə bağlı iddia qaldırıb.

Sumqayıt İnzibati-Qitisadi Məhkəməsinə müraciət edən ETSN tələb edib ki, holdinqə məxsus “Jalə” istirahət mərkəzi fəaliyyətini dayandırsın.

İşə hakim Vəfa Əzizovanın sədrliyi ilə baxılıb və dünən qərar elan olunub. Qərarda qeyd olunub ki, iddia ərizəsi noyabrın 13-də daxil olub.

Lakin qanunvericiliyəə görə, iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Buna görə də məhkəmə nazirliyin sənədlərini geri qaytarıb və əlavə olunub ki, iddia ərizəsi elektron qaydada verildikdə, məhkəmədə baxılması mümkün olacaq.

Qeyd edək ki, bir müddət əvəl ETSN ölkədə fəaliyyət göstərən iaşə obyektlərində monitorinqlər aparırdı. Bu yoxlamar zamanı “Jalə” istirahət mərkəzinin çirkab sularını Xəzər dənizinə axıtdığı aşkar olunub. Bu səbəbdən nazirlik məhkəməyə müraciət edərək istirahət mərkəzinin fəaliyyətinin dayandırılmasını tələb edib./Qafqazinfo/

www.yenicag.az

1723
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv