!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlik internetlə bağlı məlumat yaydı

!Reklam – Yazi

Bu gün bəzi sosial şəbəkələrin ermənidilli seqmentində guya Bakı şəhərində olan seçki məntəqələrində internet rabitəsinin kəsildiyi və bununla bağlı seçki prosesinin gedişatı barədə son xəbərlərin çatdırılmasının mümkünsüz olduğu barədə paylaşımlar edilib.

Məsələ barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə internetlə əlaqədar heç bir çətinlik yoxdur və xidmət ən yüksək səviyyədə təmin olunur:

“Nazirliyin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkədə yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir. Görülən işlərin nəticəsidir ki, ümumilikdə internet xidmətinin təminatı istiqamətində heç bir çətinlik müşahidə olunmur.
Qeyd edək ki, bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aidiyyəti qurumları əhalinin müvafiq xidmətlərlə, o cümlədən internetlə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv