!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlik, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər... - Təhsil ocaqlarındakı zorakılıq səhnələrinin günahkarı kimdir? - ETİRAZ

!Reklam – Yazi

“Məktəbdə zorakılıq səhnəsini ürək ağrısı ilə seyr edirsən. Kimi suçlayasan? Ev, valideyn, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər, nazirlik, döyən, hətta döyülən – hamısının bu şəraitin yaranmasında günah payını tapa bilərsiniz. Ancaq ən əsas olan boşluq – müəllim avtoritetinin olmamasıdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa Bakının 112 saylı məktəbində şagirdin şagirdi döyməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.

“Müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risk etmir. Əsas işi də səhərdən-axşama qədər yazı yazmaq, yaxud da sertifikasiyaya hazırlaşmaqdır. Praktik olaraq hər şagirdə diqqət yetirmək imkanı olmur. Bu cür köntöy şagirdlər, eləcə də məzlum şagirdlər hər məktəbdə var. Ancaq səviyyəli idarəetmə olan məktəblərdə məktəbin təlim-tərbiyə standartlarına hamısı tabe olur. Videonu çəkən, eləcə də aralaşdırmağa cəhd etməyənlərin də biganəlikləri düşündürücüdür. Bu cür videoları uşaqların üzlərini qapadaraq paylaşmaq zəruri idi. Ancaq mütləq paylaşılmalıdır ki, gerçək vəziyyətin cüzi bir qismi ilə cəmiyyət tanış olsun. Bəs digər zorakılıqlar barədə aşkarlıq varmı? Cinsi və ya maddi zorakılıqlar, hamiləlik, pedofiliya, narkomaniya faktları da məktəblərimizdə yetərincə qulağımıza çatır. Tədbir-filan görülməsi boş şeydir, müstəqillik dövrümüzdə sanki məqsədyönlü şəkildə təhsilə ancaq pul qazanma yeri kimi baxılmasının yekun tablosudur bu. Burada vəziyyətin daha faciəli yön almaması üçün müəllimin sələhiyyətləri, sinfə müdaxilə imkanları artırılmalıdır. Çünki güclü direktorun olması da, hər bir detala nəzarət etməyə yetərli sayılmaz. Müəllim güclü, xarakterli və səlahiyyətli olmalı, başlıcası da şagirdlərinə hakim olmalıdır. Ancaq bu səlahiyyət valideynlərdən hədiyyə, pul qoparmaq fürsəti kimi anlaşılmamalıdır”, – deyə millət vəkili əlavə edib.

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv