!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlik siyasi partiyaları ayağa qaldırdı: MSK katibindən izahat

!Reklam – Yazi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlaması ölkənin siyasi qüvvələrini hərəkətə gətirib.

Yenicag.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası 2018-ci ildə ölkədə qeyri-iş günlərinin siyahısını açıqlayıb.

Həmin siyahıda 2018-ci il oktyabrın 17-si prezident seçkiləri günü kimi göstərilərək, o tarixin qeyri-iş günü olduğu bildirilib.

Son həftələrdə mediada və sosial şəbəkələrdə Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ehtimalı ətrafında müzakirələrin intensivləşdiyi şəraitdə Nazirliyin 17 oktyabrı “seçki günü” elan etməsi birmənalı qarşılanmayıb.

Medianın da haqqında danışılan məlumatı “Prezident seçkilərinin vaxtı açıqlandı” formasında təqdim etməsi partiyalarda müəyyən hərəkətlənmə yaradıb.

Bəzi siyasi təşkilatların təmsilçiləri məsələnin mahiyyətinə varmadan, prezident seçkilərinin məhz 2018-ci il oktyabrın 17-nə təyin olunduğunu qəbul ediblər. Ancaq onlar nəzərə almayıblar ki, adıçəkilən nazirliyin növbəti ilin qeyri-iş günlərini elan etməsi ənənəvi praktikadan irəli gəlir.

Yaranmış anlaşılmazlığı Yenicag.az-a şərh edən Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib ki, prezident seçkilərinin nə vaxt keçiriləcəyindən asılı olmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Konstitusiyanın tələbinə uyğun davranıb:

“Azərbaycanda prezident seçkilərinin vaxtını hansısa nazirlik müəyyənləşdirmir – bu məsələ Konstitusiyada aydın şəkildə təsbit olunub. Konstitusiyaya əsasən, prezident seçkiləri hər beş ildən bir – son dəyişikliyi nəzərə almasaq – oktyabrın üçüncü həftəsinin cümə günü keçirilir.

O baxımdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci il oktyabrın 17-ni prezident seçkiləri günü kimi göstərməsində qeyri-adi heç nə yoxdur.

Prezident seçkilərinin nəzərdə tutulan vaxtda, yoxsa növbədənkənar keçirilməsinin Konstitusiyanın həmin müddəası ilə əlaqəsi yoxdur.

Konstitusiyaya əsasən, növbəti prezident seçkiləri 2018-ci il oktyabrın 17-də keçirilməlidir. Ona görə də Nazirlik həmin tarixi düzgün qeyd edib. Yəni o tarixi nə prezident, nə parlament, nə də MSK müəyyənləşdirmir – bu, Konstitusiyanın tələbidir.

Növbədənkənar prezident seçkilərinin təyin olunması isə artıq buna səlahiyyəti çatan dövlət qurumlarına aid məsələdir”.

A. Zeynalov

 

www.yenicag.az

2282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv