!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlik vəzifəsindən boyun qaçırır: Məktəblərin "ŞİRİNLİK" sevdası ilə kim mübarizə aparmalıdır? - RƏY

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi valideynlərə “şirinlik”lə bağlı çağırış edib.  Bildirilib ki, valideynlər heç bir direktor və ya müəllimə pul verməsin.

Bəs sırf valideynlərlə iş bitir? Bu məsələ qanunla necə tənzimlənməlidir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəblərin əksəriyyətində hələ də pul yığılır:

“Biri “fond pulu”, digəri “süpürgə pulu” deyir, müxtəlif adlar altında pullar yığılır. Bütün bunlar qeyri-qanunidir. Əgər hər hansısa bir valideyn məktəbə könüllü şəkildə ianə etmək istəyirsə, bu, təhsil qanunvericiliyi ilə tənzimlənir. Amma hal-hazırda yığılan vəsaitlər kiminsə maliyyə maraqlarına xidmət edir. Bu barədə Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq qaydalar tətbiq olunmalıdır. Eyni zamanda 4440-dan çox məktəb var, 900-a qədərinin direktoru yoxdur.

Lakin onların hamısına tapşırıq verilməlidir ki, bu kimi hallara yol verilməsin, əgər verilsə, dərhal vəzifəsindən azad ediləcək. Yəni sərt cəza mexanizmi tətbiq edilməlidir. Həmçinin müntəzəm olaraq müvafiq komissiya olmalıdır. Şikayətlərin anonim saxlanılması nəzərə alınaraq nazirliyə bildirilməlidir. Bundan əlavə, nazirlik valideynlərə ismarıc göndərə bilər. Oranın elektron bazasında hər bir valideynin məlumatları mövcuddur. Bu nüanslara diqqət yetirərək problemi az da olsa, aradan qaldırmaq olar”.

Şahanə Paşa

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv