!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlikdən çörək sexində partlayış zamanı yaralanan qadın barədə AÇIQLAMA -YENİLƏNİB

!Reklam – Yazi

Şəkidə çörək sexində baş verən partlayış zamanı xəsarət alan qadının vəziyyəti orta ağırdır.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, kürək və hər iki qolun yanığı diaqnozu ilə Şəki MRX-ya çatdırılan qadının bədənindəki yanıqlar 2 və 3-cü dərəcəlidir.

Ona lazımi tibbi yardım göstərilib müalicəsi davam edir.

Qeyd edək ki, bu gün Şəkidə çörək sexindəki partlayış hadisəsinin qaz sızmasından baş verməsi ehtimal edilir.

***

19:57

Şəkidə çörək sexində partlayış baş verib.

Yenicag.az oxu.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində çörək sexinin işçisi 58 yaşlı Məlahət Məmmədova yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Hadisənin qaz sızmasından baş verməsi ehtimal edilir.

www.yenicag.az

1359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv