!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazirlikdən əhaliyə içməli su ilə bağlı MÜRACİƏT

!Adviad

BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən içməli suyun əhəmiyyətinə, vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 22-si Ümumdünya Su Günü kimi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, bu günün keçirilməsində məqsəd su ekosistemlərinin mühafizəsində hər kəsi fəal olmağa çağırmaq, suya qənaət edilməsinə diqqət çəkmək və bu sahədə maarifləndirmə işini gücləndirməkdir:

“Su ehtiyatları dünya dövlətlərinin hər biri üçün ən qiymətli resurslardan biridir, lakin planetdə olan mövcud ehtiyatlar dünya ölkələri arasında qeyri-bərabər paylanıb və milyardlarla insan içməli su çatışmazlığından əziyyət çəkir.

Bu səbəbdən suya qənaət, ondan səmərəli istifadə, insanların suya münasibətinin köklü surətdə dəyişməsi müasir dünyanın ən aktual məsələlərindən biridir.

Hazırda Azərbaycanda yerüstü su ehtiyatları 30 kvadratkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kvadratkilometrə qədər azalır. Odur ki, ölkədə su ehtiyatlarının qənaətlə, səmərəli istifadəsi və inteqrasiyalı idarə edilməsi sahəsində kompleks tədbirlər həyata keçirilir.

Eyni zamanda, əhali qrupunun da içməli suya qənaət etməsi və bu sudan texniki məqsədlər üçün istifadənin məhdudlaşdırılması vacibdir.

Su bəşəriyyətin ali nemətidir, su həyatdır, su varlığımız və gələcəyimizdir, suya qənaət etmək isə mütləqdir!”

www.yenicag.az

324
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100