!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlikdən Şəkidə yaradılmış şirkətə 5,5 milyon manatlıq sifariş

!Reklam – Yazi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İsmayıllı rayonunun Zeyvə kəndi ərazisində, Muğanlı-İsmayıllı avtomobil yolunun 16-cı km-də “DOST evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi işləri” üzrə keçirdiyi tenderi yekunlaşdırıb.

Yenicag.az xəbər verir ki, tenderin qalibi “Euroline” QSC-dur.

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Euroline” şirkətilə məbləği 5 milyon 499 min 998 manat olan müqavilə imzalayıb.

Qeyd edək ki, 199-cu ildə dövlət qeydiyyatına alınmış “Euroline” QSC-nin hüquqi ünvanı Şəki rayonu, Qoxmuq kəndidir. 2200 manat nizamnamə kapitalı olan şirkətin direktoru Abdurəhmanov Cahangir Təmraz oğludur. Əfqan Məmmədov isə “Euroline QSC” -nin təsisçisidir.

“Euroline” QSC ilk dəfə iqtisadi fəaliyyətə “Əfqan” firması adı altında 15 aprel 1999-cu il tarixində başlayıb. Şirkət fəaliyyətinin ilk illərində infrastrukturun yaxşılaşdırılması layihələrində iştirak edib. 2000-ci illərin əvvəllərində Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sifarişi əsasında ölkəmizin şimal-şərqində yerləşən rayonların çaylarında sahilbərkitmə işləri həyata keçirmiş, həmçinin bu rayonlarda su kanalları, artezian quyuları, su ötürücü qurğular və keçid körpüləri inşa etmişdir. 2005-ci ildən etibarən “Euroline QSC fəaliyyət sahəsini daha da genişləndirərək su anbarları, su və kanalizasiya şəbəkələri, orta məktəb binaları, yaşayış evləri, sosial obyektlər və bir sıra dövlət əhəmiyyətli inzibati binaların tikintisi və təmirilə də məşğul olmağa başlamışdır. “Euroline QS 25 noyabr 2016-cı il tarixində təsis olunmuş “Afgan Holding” MMC çətiri altında fəaliyyət göstərməyə davam edir.

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv