!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nazirliyin Aparat rəhbəri“nə 4 il yarım həbs

!Reklam – Yazi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Fərdanə Səmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti verib.

Yenicag.az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə prosesi növbəti həfdə davam etdiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, F.Səmədova “Hollywood Smile Dent” klinikasının təsisçisi və direktoru Şəfayət Zülfüqarovaya “Təhsil Nazirliyinin Aparat rəhbəriyəm” deyərək aldadıb və ona qarşı dələduzluq edib.

2021-ci ildə klinika lisenziyasız fəaliyyət göstərdiyinə görə, müxtəlif cərimə və tənbehlər olunub. Təqsirləndirilən şəxs isə bu kimi məsələlərdə Ş.Zülfüqarovaya yardımçı olacağı vədini verib və ondan ümumilikdə 18 min manat pul alıb. Daha sonra o, verdiyi vədə əməl etməyib.

Ş.Zülfüqarovanın şikayətindən sonra F.Səmədova barəsində dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə ittiham irəli sürülüb./Pravda.az/

www.yenicag.az

373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv