!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirliyin bacarmadığı 8 Mart "hazırlığı": "Bu şəxslər işdən azad olunmalıdır" - Şərh

!Reklam – Yazi

Qarşıdan 8 Mart – Beynəlxalq Qadınlar Günü gəlir. Əksər məktəblərdə isə şagirdlərdən ənənəvi pul yığımına artıq başlanılıb.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, sözügedən neqativ halların qarşısını almaq üçün Təhsil Nazirliyi tərəfindən daha ciddi addımlar atılmalıdır:

“Təssüf ki, hər il 8 Mart və digər əlamətdar günlərdə şagirdlərdən pul yığılması kimi xoşagəlməz hallar geniş vüsət alır. Belə ki, məktəb rəhbərləri və onların müavinləri, sinif rəhbərləri, valideyn nəzarət komissiyaları tərəfindən pul yığımı həyata keçirilir. Bəzən pul verməyən şagirdlər sıxışdırılır və ya bir növ təcrid olunur. Bu, yolverilməzdir. Əslində, hər il əlamətdar günlərə 7-10 gün qalmış Təhsil Nazirliyi şagirdlərdən pul yığılmaması barədə qadağalar tətbiq edir. Lakin buna baxmayaraq, pul yığımı halları hələ də mövcuddur.

Ölkəmizdə 4432 təhsil müəssisəsi var və 1 milyon 590 min nəfər şagird var. Hər şagirddən müəyyən məbləğdə vəsait yığılanda kifayət qədər böyük məbləğ olur. Çox vaxt bu məbləğ elə məktəb direktorlarının özünə çatır. Şagirdlərin könüllü şəkildə müəllimə hədiyyə alması normal olsa da, məktəb rəhbərliyi tərəfindən təhsilalanlardan məcburi pul yığılması faktı araşdırılmalıdır. Eyni zamanda məlum neqativ halların qarşısını almaq üçün Təhsil Nazirliyi rəsmi qərarlar qəbul etməlidir. Belə ki, şagirddən pul yığan məktəb rəhbərliyi dərhal işdən azad olunmalı və həmin şəxsin əmək müqaviləsinə xitam verilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv