!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirliyin vaxtsız “PROFİLAKTİKASI” – “Azercell”in sistemi iflic oldu - PROBLEM

!Reklam – Yazi

Bu gün səhər saatlarında “Azercell”in fəaliyyətində məcburi fasilə qeydə alınıb.

Yenicag.az xəbər verir ki, “Azercell”in fəaliyyətinin təqribən saatyarım müddətində dayanması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində aparılan profilaktika ilə bağlı olub.

Bu səbəbdən “Azercell”in Müştəri Xidməti mərkəzlərinə yaxınlaşan abunəçilər sistemin işə düşməsini gözləmək məcburiyyətində qalıblar.

Mobil operatorun fəaliyyəti 10-30 radələrində bərpa olunub.

Məsələni aydınlaşdırmaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə yaratmaq cəhdlərimiz məsul şəxslərin yerlərində olmaması üzündən nəticəsiz qaldı.

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv