!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nə bu, nə o dünyada "evi" olan aktyorlar: “Onlar üçün niyə mənzillər tikilmir?” - TƏKLİF

!Reklam – Yazi

“Yazıçıların Şüvəlanda, Qubada, Şəkidə və digər səfalı bölgələrdə dincəlmək üçün yerləri var, bəs bu yazıq aktyorların nəyi var?”

Bunu aktyor Məhəmməd Verdizadə Yenicag.az-a açıqlamasında deyib.

O, rəssam, yazıçı və digər yaradıcı insanlardan fərqli olaraq aktyorların istirahət məkanlarının olmamasını, onlar üçün mənzillər tikilməməsini dilə gətirərək, təkliflər səsləndirib:

“Yazıçılar İttifaqı və digər qurumlar var ki, üzvləri üçün dövlət tərəfindən evlər tikilir. Azərbaycanda 22 dövlət teatrı fəaliyyət göstərir və orada çalışan xeyli sayda gözəl aktyorlarımız var. Amma hələ indiyə qədər aktyorlar üçün evlər tikilməyib. Sovetlər dönəmində Bakıxanov küçəsində və digər binalarda aktyorlara evlər verilirdi. Amma indi nədənsə aktyorlar üçün evlər tikilmir. Niyə aktyorlar üçün mənzillər inşa olunmur? Bilirik ki, teatrı olmayan bir xalq düşüncəsiz xalq hesab olunur. Təbii ki, dövlət teatrlara hər zaman diqqət göstərir, büdcə ayırır. Yaxşı olardı ki, aktyorlar üçün evlər, istirahət məkanları tikilsin. Onlar yay fəslində gedib orada dincəlsinlər. Yazıçıların, hətta Universitetlərin belə səfalı bölgələrdə istirahət evləri var. Amma aktyorlar üçün belə şərait yaradılmayıb. Aktyor yalnız evindən çıxıb teatra getməlidir? Bəs bu aktyorun yığışacağı, dincələcəyi bir yeri olmamalıdır? Bildiyim qədər yazıçıların Şüvəlanda, Qubada, Şəkidə və digər bölgələrdə dincəlmək üçün yerləri var, bəs bu yazıq aktyorların nəyi var?”

Aktyor Xalq artisti Afaq Bəşirqızının “aktyorlar üçün ayrıca qəbiristanlıq yaradılsın” təklifinə də münasibət bildirib:

“Afaq xanıma böyük hörmətim var, son hadisələrdən təsirlənərək belə deyib. Son bir ayda üç xalq artistimiz rəhmətə gedib. Təbii ki, onların dəfn olunmasında bəzi problemlər yarandı. Amma mən hesab edirəm ki, lap əvvəldən başlamaq lazımdır. Qəbiristanlığa qədər çox şeylər var ki, aktyorlar onlardan məhrumdurlar. Bunları da sadaladım”.

Cəvahir

www.yenicag.az

388
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv