!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Nə sevgilim var, nə də…” - Tanınmışlar "Sevgililər Günü"nü qeyd edirmi? - SORĞU

!Reklam – Yazi

“Sevginin günü olmur” desələr də, hər il 14 fevral bütün dünyada Sevgililər Günü kimi qeyd olunur. Azərbaycanda da bu günü sevə-sevə qeyd edənlər var.

Yenicag.az “Sevgililər günü”nü qeyd edirsizmi? Sevdiyinizə nə hədiyyə etdiz?” sualı ilə tanınmışlar arasında sorğu keçirib:


Şölə Səfərəliyeva, müğənni, Əməkdar artist:

“Sevgililər gününü qeyd etmirəm. Nə sevgilim var, nə də son günlər qardaş ölkə Türkiyədə baş verənlərlə bağlı həvəsim. Sevən üçün hər gün bayram olmalıdır, təkcə 14-ü borc halına gəlib hədiyyə qoparacaq gün yox… Şəxsən mən bugün ilk dövlət televiziyamız AzTV-nin yaranmasını, 67-ci yaşını qeyd edirəm. Əsas odur sevgilisi olmayanlara da bu gün qeyd edəcək önəmli hadisə var”.


Aytəkin Mərdanova, aparıcı:

“Qeyd etmirəm, heç bir hədiyyə də almamışam. Bu gün sevgililərin günüdür, mənim yox”.


Mikayıl Güləddinoğlu, aparıcı:

“Həyat yoldaşıma hər il olduğu kimi bu il də hədiyyə almışam”.


Gülzar Fərəcova, müğənni:

“Sevgililər gününü paytaxt restoranlarının birində qeyd edəcəyik. Hədiyyəm çox güman çiçək və zinnət əşyası olacaq. Həmişə həyat yoldaşımdan diqqət və hədiyyə görmüşəm. Özüm isə hələ ki hədiyyə seçimində qərarsızam”.


Aysel Nəsirzadə, aktrisa:

“Qeyd etmirəm, çünki bu günü qeyd etmək üçün həyatımda biri olmalıdır. Amma yoxdur”.

Fira Cəlilova, aparıcı:

“Mənim üçün sevgililər günü 14 fevral deyil, 30 iyundur. Amma Türkiyədə baş verən hadisələrin təsiri altındayam, yəni o ab-havada deyiləm. Bundan əvvəlki illərdə hədiyyə alırdım, amma bu il yox”.

Cəvahir

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv