!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Necə ola bilir ki, hansısa variantlarla qondarma “prezidenti”nə …,”

!Reklam – Yazi

a83eea4a1c17218d088f1b3c2228acd3“Azərbaycanın işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan gələnlər, orada müəyyən işlər görən xarici şirkətlər nəzərdə saxlanılır”

“Azərbaycanın işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan gələn şəxslər, o ərazilərdə müəyyən işlər görən bəzi xarici şirkətlər siyahıya salınır, nəzərdə saxlanılır”.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, Azərbaycan hökuməti imkanları daxilində bu gün də həmin fiziki və hüquqi şəxslərə qarşı addımlar atır, gələcəkdə atacaq: “Həmin şəxslər əsasən Avropa ölkələrindəndirlər. İstədiyimiz odur ki, heç bir şeydə ikili standart olmasın. Necə ola bilir ki, Dağlıq Qarabağdakı qondarma quruma yardım göstərilir, hansısa variantlarla qondarma “prezidenti”nə müxtəlif ölkələrdə Şengen vizası da verirlər? Necə olur ki, Böyük Britaniyanın Kral İnstitutu Bako Saakyanı dəvət edir, tez-tez müxtəlif marafonlarda iştirak etmək üçün ABŞ-a, Fransaya da gedir, istədiklərini edir?! Bu, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət təsir göstərməyəcək, biz bunları qəbul etmirik ”.

www.yenicag.az

1221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv