!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəcməddin Sadıqovun bacısı oğlu məhkəməyə çıxarıldı

!Reklam – Yazi

2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrə görə zərərçəkənlərin ittiham etdiyi səlahiyyətlilərdən biri də o dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovdur.

Yenicag.az Gununsesi.info-ya istinadən xəbər verir ki, zərərçəkənlər Sadıqovun heç olmasa, məhkəməyə çağrılıb dindirilməsini tələb edirlər.

Nəcməddin Sadıqov özü olmasa da, onun bacısı oğlu, general-mayor Ramil Əsgərov avqustun 1-də “Tərtər işi” üzrə məhkəməyə çağrılaraq dindirilib.

O, həmin hadisələr vaxtı işgəncə verməkdə ittiham olunanlardan 4 nəfərin məhkəməsində şahid qismində ifadə verib. Söhbət o dövrdə Tərtərdə hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət edən hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovun məhkəməsindən gedir.

Ramil Əsgərov Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi olub.

O, məhkəmədə sualları cavablandırarkən məlum olub ki, 2020-ci ildə Ermənistanla 44 günlük müharibə gedən dövrdə vəzifəsindən azad edilib. Deyir ki, oktyabrın 23-də öz ərizəsiylə işdən çıxıb.

www.yenicag.az

241
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv