Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Nedimi itirdiyini düşünən Agah nə edəcək? - "Zalim İstanbul"un yeni sezon fraqmanı - VİDEO

Türkiyənin tanınmış seriallarından biri “Zalim İstanbul”un yeni sezon fraqmanı yayımlanıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissoru Cevdet Mercan, prodüseri isə Şükrü Avşar olan serialın yeni bölümünün sentyabrın 9 bazar günü Kanal D-də yayımlanacağı bildirilib.

Xatırladaq ki, sonuncu bölümdə Şenizin qurduğu oyunlar nəticəsində Ceren Nedimlə evlənmək məcburiyyətində qalır. Cenk isə Cerenin hamiləliyini və uşağın atasının özü olduğunu öyrənir.

Ceren də evlilikdən sonra Nedimə işgəncələr verir. Bunu öyrənən Cerenin bacısı Cemre vidalaşmaq üçün Nedimin yanına gəlir və onu qaçırdır.

Yeni sezonda ən çox izləyiciləri maraqlandıran suallardan biri Nedimi itirdiyini düşünən əmisi Agahın bundan sonra edəcəkləridir.

Yeni sezon fraqmanını təqdim edirik:

 

www.yenicag.az

1757