!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nəfəs Aqşin Fatehdən niyə KÜSÜBMÜŞ? - Meyxanaçı ƏSL SƏBƏBİ AÇIQLADI

!Reklam – Yazi

Müğənni Nəfəs iki il öncə aralarında soyuq yellər əsən keçmiş duet ortağı meyxanaçı Aqşin Fatehlə eyni verilişə qatılıb.

Yenicag.az xəbər verir ki, keçmiş duet ortaqları aparıcı Zaur Kamalın təkidi ilə ilk dəfə olaraq aralarında yaşanan küsülülüyə aydınlıq gətirib.

“Mən sadəcə olaraq Aqşindən incimişdim” deyən Nəfəs əsl səbəbi açıqlamasa da, Ayşin Fateh bunun əsasında digər xanım müğənni ilə duet oxumasının dayandığını bildirib:

“Aramızda heç bir düşmənçilik yoxdur. Mən Vəfa xanımla oxuduğuma görə Nəfəsin xətrinə dəymişdi. İnciklik bunun üstündə olub və ortada başqa heç bir şəxsi problem yoxdur”.

Xatırladaq ki, iki il öncə Nəfəs efirdə duet ortağı Aqşin barəsində “Mənə Vəfa Şərifova ilə xəyanət etdi və bu, heç xoş olmadı. Halbuki Aqşin mənə “səninlə oxuduğum müüddətdə sən heç bir müğənni ilə oxumayacaqsan” demişdi. Amma özü isə tam əksini etdi” demişdi.

Meyxanaçı isə qarşı tərəfə “Mənə anamdan başqa heç bir qadın qadağa qoya bilməz” deyərək, sərt reaksiya vermişdi.

Cəvahir

www.yenicag.az

1162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv