Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Neft 11 faiz bahalaşıb: “Qara qızıl”ın qiyməti necə artır?

Yeni başlayan 2019-cu ilin arxada qalan günləri ərzində neftin qiymətində 11 faiz artım qeydə alınıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, neftin qiymətində 2018-ci il dekabrın 28-dən başlayan artım tendensiyası davam etməkdədir.

Buna qədər ucuzlaşma “zolağına” düşən neftin dəyər itirməsinin əsas səbəbi kimi investorların dünya iqtisadiyyatında gözlənilən durğunluq təhlükəsi üzündən neftə tələbatın azalacağına dair proqnozları və ABŞ-la Çin arasında böyüyən “ticarət müharibəsi” göstərilirdi.

Lakin Nordea Bank mütəxəssislərinin təhlilinə görə, OPEK+ ölkələri arasında gündəlik hasılatın azaldılması barədə əldə olunmuş anlaşma neft bazarında sabitliyin bərpasında həlledici rol oynayıb.

Digər tərəfdən, Səudiyyə Ərəbistanının gündəlik hasilatı 7,3 milyon bareldən 7,1 milyon həddinə qədər azaltmaqla “Brent” markalı neftin qiymətinin 80 dollara qaldırmaq niyyəti də investorları xeyli ümidləndirib.

Loading...

www.yenicag.az

1952
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100