!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neft bazarına təsir edən amil - Vyana sazişi, yoxsa dolların devalvasiyası?  

!Reklam – Yazi

“Neft bazarına Vyana sazişi deyil, dolların devalvasiyası təsir edir”.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın “Rosneft” şirkətinin rəhbəri İqor Seşin bildirib. Onun sözlərinə görə, hazırda ABŞ məhz bu yolla bazarı nəzarətdə saxlayır:

“Amerikalılar dolların devalvasiyası yoluyla özlərinin şist neft istehsalçılarını dəstəkləyirlər. Hesab edirəm ki, artıq bazara daha çox OPEC-lə saziş deyil, dolların devalvasiyası təsir edir”.

Seçin bildirib ki, neft hasilatının azaldılması barədə Vyana sazişinin müddətinin uzadılmasını müzakirə etməzdən əvvəl, bazara təsir edən bütün faktorları ciddi analiz etmək lazımdır.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

www.yenicag.az

1411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv