!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neft bazarında BÖHRAN: "Bu, dünyanı tənəzzülə sürükləyə bilər"

!Reklam – Yazi

“OPEC+” ölkələrinin neft hasilatının azaldılması qlobal iqtisadiyyatı tənəzzülə sürükləyə bilər.

Yenicag.az “Reusters”ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) açıqlama yayıb.

IEA-nın açıqlamasına görə, OPEC+ neft istehsalçıları qrupunun hasilatı azaltmaq qərarı neft qiymətlərinin artmasına səbəb olacaq və bu, qlobal iqtisadiyyatı tənəzzülə sürükləyəcək.

“Davam edən inflyasiya təzyiqlərinin və faiz artımlarının iqtisadiyyata zərər vurmağa davam etdiyi bir mühitdə neft qiymətlərinin artması artıq tənəzzül astanasında olan qlobal iqtisadiyyat üçün qırılma nöqtəsi ola bilər”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, IEA 2023-cü il üçün neft tələbi artımı gözləntisini gündəlik 470 min barrel azaldaraq 1,7 milyon barrelə endirdiyi halda, 2022-ci il üçün 60 min barrel azaldaraq 1,9 milyon barrelə salıb.

Gülşən

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv