!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neft bazarında Çin yuanı aktivliyi: Dolların hegemonluğu qırılır?

!Reklam – Yazi

Dünyanın ikinci ən böyük iqtisadiyyatı sayılan və ABŞ iqtisadiyyatının gücünə yaxınlaşan Çinin neft alışında dollar əvəzinə öz yerli valyutasından istifadə etməyi planlaşdırdığı bildirilir.

Yenicag.az xəbər verir ki, gündəlik orta hesabla 7,5 milyon barrellə dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı neftin dollarla qiymətlənməsini dayandıraraq yuana qayıdıb. Qətərin də maye qazına görə eyni addımı atması dolların beynəlxalq valyuta bazarında hegemonluğuna zərbə kimi qiymətləndirilir. Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin Çinlə neft və qaz ticarətini Çin yuanı ilə həyata keçirməsinin qlobal enerji bazarında ABŞ dollarının hökmranlığını azaldacağı ehtimallarını artırıb. Hətta yüksək miqdarda Körfəz nefti idxal edən Pekin Doha ilə daha böyük miqdarda maye qaz idxal etmək barədə razılığa gəlib. Bu, Çin və Körfəz ölkələrinin iqtisadiyyatlarını birləşdirir.

Körfəz ölkələri ilə daxili ticarətdə yuanın istifadə edilməsi nəzəri cəhətdən mümkündür. Lakin belə bir addım Çinin regionda ənənəvi təsir dairələrinə genişlənməsini yaxından izləyən ABŞ-ni narahat edə bilər. Vaşinqton bildirib ki, Çin Prezidenti Xinin Ər-Riyada səfəri Çinin bütün dünyada təsirini genişləndirmək cəhdlərinə bir nümunədir və bu, ABŞ-nin Yaxın Şərqlə bağlı siyasətini dəyişməyəcək.

Çin Amerika texnologiyasına meydan oxuyur

Çin artıq sadəcə Qərb məhsullarını təqlid edən ölkə deyil, xüsusən də Çin şirkəti “Huawei” tərəfindən təqdim edilən beşinci nəsil telekommunikasiya xidmətində ABŞ-nin rəqibinə çevrilib və bu ölkədə təhlükəsizlik narahatlıqlarını artırıb. Belə ki, Səudiyyə Ərəbistanı hökuməti və Çinin texnologiya şirkəti “Huawei” dekabrın əvvəlində Səudiyyə Ərəbistanının rəqəmsal transformasiyasını sürətlə inkişaf etdirmək məqsədi daşıyan informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq sazişi imzalayıb. Ər-Riyadın “Huawei” ilə Səudiyyə Ərəbistanı şəhərlərində bulud hesablama texnologiyası və yüksək texnologiyalı komplekslərin tikintisinə dair anlaşma memorandumu Vaşinqton üçün daha bir problem kimi qiymətləndirilə bilər. ABŞ-nin xəbərdarlıqlarına baxmayaraq, “Huawei” Körfəz ölkələrinin əksəriyyətində beşinci nəsil şəbəkələrin yaradılmasında iştirak edir. Bu isə o deməkdir ki, ABŞ və Qərb ölkələri regionda bəzi mühüm bazarları itirirlər.

Çinin Körfəz ölkələrindəki təhlükəsizlik fəaliyyətləri

Çinin müasir silahlar satması, bölgədə hərbi sənayelər yerləşdirməsi və Səudiyyə Ərəbistanına nüvə proqramı yaratmağa kömək etməsi Körfəz təhlükəsizliyinin dəstəklənməsinə töhfə verməyə hazır olduğunu nümayiş etdirir. Çinin körfəz ölkələrində hərbi mövcudluğunu gücləndirməsi ABŞ ilə əvvəllər yaradılmış təhlükəsizlik ittifaqını da zəiflədə bilər. Bu ittifaq çərçivəsində Səudiyyə Ərəbistanının neft obyektlərinin İranın dəstəklədiyi husilərə aid olduğu iddia edilən dron və ballistik raketlərlə bombalanması zamanı Vaşinqtonun Ər-Riyada pilotsuz uçuş aparatları satmaqdan imtina etdiyi məlumdur.

Qeyd edək ki, təhlil “Anadolu Ajansı”na məxsusdur.

Gülşən

www.yenicag.az

1687
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv