!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Neft-qaz gəlirlərimiz 10-12 milyard dollar səviyyəsində ola bilər" - ŞƏRH

!Reklam – Yazi

“Neft hasilatı 50 milyon tondan 33 milyon tona düşsə də, 1-ci rübün nəticələrinə görə, neft-qaz gəlirlərimiz 3,4 milyard dollar olub”.

Bu sözləri hazırda dünya iqtisadiyyatında yaşanan inflyasiya, tədarük zənciri problemləri və neft qiymətlərinin bahalaşması, Çində COVID-19 pandemiyası fonunda yavaşlayan artımının yaratdığı maliyyə narahatlıqlarını dəyərləndirən iqtisadçı Məhəmməd Talıblı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi artım templərinin olmasının kökündə dünyada neft qiymətlərinin durmadan yüksəlməsi dayanır:

“ÜDM-in həcm baxımından böyüməsi neft dominantlığı ilə bağlıdır. Neft hasilatı 50 milyon tondan 33 milyon tona düşsə də, 1-ci rübün nəticələrinə görə, neft-qaz gəlirlərimiz 3,4 milyard dollar olub. Əgər bu tendensiya davam etsə, neft-qaz gəlirlərimiz 10-12 milyard dollar səviyyəsində tərəddüd edəcək. Bu, əhəmiyyətli neft hasilatının azalması fonunda mühüm artımdır. Lakin bu artımın olmasını lotereyadakı uduşla analogiya aparmaq olar. İqtisadiyyatımızın gücü artmalıdır ki, ÜDM genişləsin.

İstehlak, investisiya, xalis ixrac, dövlət xərcləmələri ÜDM-i formalaşdıran amillərdir. Lakin biz bilirik ki, xarici investisiyalarda kəskin enişlər baş verib. Bu, yaxın illərdə xarici impuls hesabına ÜDM-in böyüməsini çətinləşdirəcək. Ona görə də biz iqtisadi artımın kəmiyyət göstəricilərini deyil, daha çox onun strukturunu dərindən təhlil etməliyik”.

Gülşən Şərif

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv