!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neft və qaz qiymətlərinə tavan tətbiqi: "Bu ölkənin iqtisadi vəziyyəti daha da çətinləşəcək"

!Reklam – Yazi

“Qərbin neft və qazsız qalmaqla şantaj olunması Rusiya iqtisadiyyatının tamamilə sıradan çıxması ilə nəticələnə bilər”.

Bu sözləri enerji böhranına baxmayaraq, Avropanın Rusiyaya qarşı sanksiyaları gücləndirməsi variantlarını, o cümlədən neft və qaz qiymətlərinə tavan həddinin tətbiqi ilə bağlı davam edən müzakirəsinə münasibət bildirən iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçının sözlərinə görə, neft və qaz qiymətlərinə tavan həddin tətbiqi Rusiyanın iqtisadi vəziyyətini daha da çətinləşdirəcək:

“Rusiyanın davam etdirdiyi işğalçı siyasətini dayandırmaq məqsədilə Qərb dövlətləri, xüsusilə də G-7 ölkələri müxtəlif sanksiyalar tətbiq edirlər və razılaşmalar əldə edirlər. Reallıq budur ki, yaşadığımız dövrdə düşüncə taktikaları və iqtisadi müharibələr daha aktualdır. Qərbin Rusiyaya qarşı elan etdiyi iqtisadi sanksiyalar bu baxımdan son nəticədə öz bəhrəsini verəcək. Rusiya bu sanksiyalara qarşı müəyyən addımlar atır, Qərb və Avropanı qış mövsümündə neft və qazla təchiz etməməklə şantaj edir. Qərbin Rusiyanın özbaşınalıqlarına göz yummasına, NATO-nun Rusiyanın sərhədlərinə qədər genişləndirilməsi prosesinin dayandırılmasına can atır ki, yenidən dünyada ikiqütblü idarəetmədəki yerlərdən birinə sahib olsun. Çünki Rusiya əvvəlki gücünü və avtoritetliyini yenidən qazanmaq istəyir. Lakin Rusiyanın hazırkı iqtisadi və siyasi resurslarla istədiyi mövqedə olması mümkün deyil. Rusiya artıq keçmiş SSRİ-nin taleyini yaşamaqdadır.

Rəsmi Moskva hələ bir müddət Qərbin təzyiqlərinə tab gətirə bilsə də, müəyyən müddətdən sonra ölkədə demokratik mühitin olmaması və bu ölkədə yaşayan xalqların inkişaf etməkdə olan azadlıq istəyi nəticəsində sıradan çıxa bilər. Tarixi proseslər bunu deməyə əsas verir ki, bir ölkə bütün dünyaya və inkişaf meyillərinə qarşı dayana bilməz. İqtisadi resurslar və xammal ehtiyatları nə qədər çox olsa da, Rusiyaya qarşı dayanan demokratik cəmiyyət, ABŞ və Qərb təcavüzkar siyasətin qarşısını almaq üçün müəyyən addımlar atmaq iqtidarındadır. Neft və qaz qiymətlərinə tavan həddin tətbiqi Rusiyanın iqtisadi vəziyyətini daha da çətinləşdirəcək. Yəni neft və qaz nəqlinə dair imkanları məhdudlaşdıracaq. Ona görə də Rusiya ciddi iqtisadi böhranla üzləşəcək. Bu prosesdə Qərbin neft və qazsız qalmaqla şantaj olunması Rusiya iqtisadiyyatının tamamilə sıradan çıxması ilə nəticələnə bilər”.

Gülşən Şərif

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv