!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftçalada “Müstəqilliyin Bərpası Günü” qeyd olundu - FOTO

!Reklam – Yazi

Neftçala rayonunda “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib və “Müstəqilliyin Bərpası Günü” geniş formada qeyd olunub.

Dəyirmi masada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Yenicag.az xəbər verir ki, ilk öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb və ehtiramla yad olunub.

Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Çıxış edən Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, təhsil işçisi, yazıçı publisist Ruhəngiz Nəcəfova, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Qasımova və YAP Neftçala rayon təşkilatının əməkdaşı Fərhad Baxışov Ulu Öndər Heydər Əliyevin xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqların¬dan uğurla çıxartması, mübarizə apararaq dövlətimizin müstəqilliyə qovuşdurması, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın inkişafı Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsidir. Ulu Öndər Heydər Əliyev fəaliyyəti dövründə tarixi və siyasi ənənələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yeni¬likçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xoşbəxt gələcəyinə hesablanan çox mühüm təşəbbüslər irəli sürərək vacib addımlar atması haqqında görüş iştirakçıları məlumatlandırıblar.

Çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyamnaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirib. İkinci tarixi imkan bir də 70 il sonra yaranıb və Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunub. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşub. Müstəqillik haqqında aktın qəbul olunmasının 32-ci il dönümündə biz həm müstəqilliyimizin bərpasının 32-ci il dönümünü , həm də 44 günlük Vətən müharibəsinin, torpaqlarımızın azad edilməsinin 3-cü ildönümünü qeyd edirik. Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilən müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşdırılib, respublikamızın müdafıə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunub və müstəqilliyimiz daha da möhkəmlənib. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına Ümummilli Lider Heydər Əliyevin siyasi xətti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu ilin 19-20 sentyabr lokal antiterror tədbirləri zamanı ordumuzun qüdrəti bir daha özünü göstərdi və Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq torpaqlaırmızdakı terrorçu qruplar zərərsizləşdirildi, suverenliyimiz tam bərpa olundu.

Tədbirin sonunda “Heydər Əliyev Müasir və Müstəqil Azərbaycanın qoruyucudur” adlı videoçarx görüş iştirakçıları tərəfindən izlənilib.

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv