!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” Adrian Mutu ilə yollarını ayırdı

!Reklam – Yazi

“Neftçi” Adrian Mutu ilə yollarını ayırması barədə xəbərləri təsdiq edib.

Yenicag.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

“Bu gün “Neftçi” PFK ilə Adrian Mutu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi. “Neftçi” PFK Adrian Mutuya əməkdaşlığa və sərf etdiyi əməyə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar diləyir. Eyni zamanda, klub Adrian Mutuya anasının vəfatı ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı verir.

Hazırda Azərbaycan Premyer Liqası və Kubokunda yüksək nəticələr uğrunda mübarizə aparan “Neftçi” PFK bu dövrdə bütün azarkeşlərini dəstək olmağa, komandanın ətrafında sıx birləşməyə çağırır”, deyə klubdan bildirilib.

www.yenicag.az

172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv