!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” avrokuboklara vəsiqəni təmin etdi

!Reklam – Yazi

“Neftçi” 2023/2024 mövsümü üçün avrokuboklara vəsiqəni təmin edib.

“Report”un məlumatına görə, “ağ-qaralar” buna Azərbaycan Premyer Liqasının XXIX turunda Sumqayıtda eyniadlı komandanı 4:0 hesabı ilə darmadağın etməklə nail olub.

Bu qələbədən sonra xallarını 60-a çatdıran paytaxt təmsilçisinin sona 7 tur qalmış mükafatçılar arasında olacağı dəqiqləşib.

“Neftçi” 4-cü pillədə yer alan ən yaxın izləyicisi “Qəbələ”ni 21 xal qabaqlayır. “Qırmızı-qaralar” mövsümün sonunda ən yaxşı halda Bakı klubu ilə xallarını bərabərləşdirə bilər. Bununla belə, əyalət təmsilçisi şəxsi oyunlardakı nəticələrə görə rəqibindən geri qalacaq – 2 məğlubiyyət, 1 heç-heçə.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” və “Sabah” avrokuboklara vəsiqəni təmin edib

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv