!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” Azərbaycan çempionatında rekordu yenilədi

!Reklam – Yazi

“Neftçi” Azərbaycan çempionatları tarixində 21-ci dəfə mükafat alacaq.

Yenicag.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, yarışın tarixində yeni rekorddur.

Öz göstəricisini yeniləyən “ağ-qaralar” bunadək 20 dəfə medalçılar sırasına düşüb.

XXIX turda səfərdə “Sumqayıt”ı 4:0 hesabı ilə üstələyən paytaxt təmsilçisi ardıcıl 6-cı mövsümü də ilk “3-lük”də bitirəcək.

Paytaxt klubu 9 dəfə – 1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/2011, 2011/2012, 2012/2013 və 2020/2021 mövsümlərində çempion titulunu qazanıb.

“Ağ-qaralar” 5 dəfə gümüş (2000/2001, 2006/2007, 2018/2019, 2019/2020, 2021/2022), 6 dəfə isə bürünc (1994/1995, 1998/1999, 1999/2000, 2005/2006, 2007/2008, 2017/2018) mükafata sahib çıxışb.

www.yenicag.az

334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv