!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi”-“Beşiktaş” qarşılaşması: “Heyətimiz qələbəyə inanmağa əsas verir” - Tanınmış şərhçi

!Reklam – Yazi

“Baxmayaraq ki, rəqib İstanbul nəhənglərindən biri “Beşiktaş”dır, bizim də Türkiyə klublarıyla yaxşı təcrübəmiz var”.

Bu sözləri bu gün Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”-“Beşiktaş” qarşılaşmasının aqibətini dəyərləndirən tanınmış şərhçi İsmayıl Abdullayev Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, komanda daxilində yeni işlərin aparılması yeni ümidlər yaradır və “Beşiktaş” səddinin keçilməsi üçün lazım olan ən əsas amil inamdır:

“Təbii ki, rəqibin kimliyindən asılı olmayaraq, oyuna ciddi şəkildə hazırlaşırıq. Əhvalımız yerindədir, hazırlığımız yüksək səviyyədə keçib. Yay və qış təlim məşq toplanışları zamanı Sank-Peterburq və Moskvada təlimlərimiz keçirilib. Komandamızın yeni transferləri ilə heyət güclənməkdədir. Hər şey göz önündə baş verir. Yeni rəhbərliyin gəlişi, strukturun formalaşması, yeni rəhbərliyin təkcə A komandası ilə deyil, həm də B kollektivi ilə də keçirdiyi məşqlər, azarkeşlər və media nümayəndələri ilə görülən işlər bir-biri ilə bağlıdır. Bütün bunlar onu deməyə əsas verir ki, komandaya olan ümidlər artmaqdadır.

Baxmayaraq ki, rəqib İstanbul nəhənglərindən biri “Beşiktaş”dır, bizim də Türkiyə klublarıyla yaxşı təcrübəmiz var. Pandemiyadan öncə Bakı Olimpiya Stadionunda “Qalatasaray”la və yayda Rusiyada təşkil olunmuş turnirdə “Fənərbağça” ilə qarşılaşmışıq. İndi də “Beşiktaş”la görüşümüz baş tutacaq. Digər tərəfdən, rəhbərlik bugünkü oyunun Bakı Olimpiya Stadionunda deyil, “Neftçi Arena”da – doğma stadionda baş tutmasına qərar verdi. Nəzərə almalıyıq ki, ikili oyunlarda azarkeş dəstəyi öz sözünü deyir. Məhz “Aris” səddini də bu yolla keçə bilmişdik. Bu da azarkeş amilini işə salacaq və inanıram ki, futbolda deyilən “12-ci oyunçu” gücü “Neftçi”nin qələbə qazanmasına yardımçı olacaq.

Rəqib komandanın heyətinə nəzər salsaq, legioner və yerli futbolçuların çox güclü olduğunu görmüş olarıq. Şenol Günəş kimi təcrübəli bir məşqçiyə malikdirlər. O mütəxəssis ki, dünya çempionatında 3-cü olub. Mütəmadi olaraq “Beşiktaş”ın rəsmi saytı vasitəsilə məlumatları əldə etməyə çalışıram. Onların itkiləri də az deyil. Cenk Tosun kimi oyunçu, böyük ehtimalla, meydanda olmayacaq, Masuaku cəzalı durumdadır, müdafiə xəttində də vəziyyətləri yaxşı deyil. Lakin rəqibin Bakıya tam iddialı və optimal heyətlə gəldiyini deyə bilərik. Bütün bu amillər o demək deyil ki, biz “Beşiktaş” səddini keçə bilmərik. İlk oyunun elə Bakıda olması bizim xeyrimizədir. Hər şeydən öncə qələbə fikirləşməliyik. Ən pis halda, uduzmasaq belə, düşünürəm ki, cavab matçına yüksək əhval ilə yollana bilərik. Heyətimiz də qələbəyə inanmağa əsas verir. Xüsusilə yarımmüdafiə xəttindəki futbolçuların rəqabətə davamlı olması. Hücum xəttinə də bir neçə transferin ehtimal olunması ümidləri artırır.
Düzdür, bu heyətin arzuladığımız “Neftçi”nin oyununu tam şəkildə göstərməsi bir qədər zaman alacaq. Bu bir həftənin, bir ayın işi deyil ki, optimal heyətə düşək. Amma inanıram ki, gələcəyə ümid verən klubda gələcəyə ümid verən işartılar var. İnşallah, bu gün qələbəmizə sevinək, ondan sonra da təbii ki, digər oyunlar haqqında düşünə bilərik”.

Yusif Səmədzadə

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv