!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” “Beşiktaş”a məğlub oldu - YENİLƏNDİ

!Reklam – Yazi

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub.

Bakıda gerçəkləşən birinci matçda 1:3 hesabı ilə məğlub olan “Neftçi” gözlənilmədən “Beşiktaş” stadionunda ilk qolu vuran tərəf olub. 36-cı dəqiqədə kapitan Emin Mahmudov hesabı açıb. Bu, komandamızı ümidləndirsə də, üstünlüyü qoruyub saxlamaq mümkün olmayıb.

Meydan sahibləri fasilədən sonra geridönüş etməyi bacarıblar. Əvvəlcə 57-ci dəqiqədə Vensan Abubakar dəqiq zərbə ilə toru silkələyib. 71-ci dəqiqədə Cekson Muleka komandasının qələbə qoluna imza atıb.

Beləliklə, cavab matçında rəqibinə 1:2 hesabı ilə məğlub olan “Neftçi” avrokuboklarla vidalaşıb. “Beşiktaş” isə pley-off mərhələsinə yüksəlib. İstanbul nəhənginin növbəti raunddakı rəqibi Ukrayna klubu “Dinamo” (Kiyev) olacaq./Report/

***

“Beşiktaş” stadionunda baş tutan qarşılaşmada yenə ev sahibləri fərqləniblər. 71-ci dəqiqədə Cekson Muleka komandasını hesabda önə keçirib – 2:1.

***

Qarşılaşmada bu dəfə ev sahibləri fərqləniblər. 57-ci dəqiqədə Vensan Abubakar hesabı bərabərləşdirib – 1:1.

***

Türkiyədə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Neftçi” hesabı açıb. 36-cı dəqiqədə E.Mahmudov topu “Beşiktaş”ın qapısından keçirib.

***

Matç başladı

***

Türkiyədə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Beşiktaş” və “Neftçi”nin start heyətləri bəlli olub.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Beşiktaş”: 34. Mert Günok (k), 24. Valentin Rosye, 20. Necip Uysal, 12. Daniel Emerti, 77. Umut Meraş, 71. Cin Onana, 83. Gedson Fernandeş, 21. Dəmir Tıknaz, 7. Ante Rebiç, 90. Semih Kılıçsoy, 40. Cekson Muleka,

“Neftçi”: 1. İvan Brkiç, 99. Ervin Koffi, 5. Kenni Sayef, 4. Mark Tamaş, 44. Yuri Matias, 23. Ataa Caber, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 11. Kilan Lebon, 9. Andre Şinyaşiki, 5. Aaron Olanare

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İlk matçda “Neftçi” 1:3 hesabı ilə məğlub olub.

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv