!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” “Beşiktaş”a uduzdu - YENİLƏNDİ

!Reklam – Yazi

Avqustun 10-da “Neftçi” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda İstanbulun “Beşiktaş” komandası ilə qarşılaşıb.

Yenicag.az xəbər verir ki, “Neftçi Arena”da keçirilən oyunda “Ağ-qaralar” 1:3 hesabı ilə uduzublar.

Matçın birinci hissəsində iki qol vuran qonaqlar fasiləyə qələbə ilə yollanıblar. İstanbul təmsilçisinin heyətində Vinsent Abubakar (14) və Cekson Muleka (23) fərqləniblər – 2:0. Qarşılaşmanın 62-ci dəqiqəsində Salih Uçan komandasının üçüncü topunu “Neftçi”nin qapısından keçirib. Oyunun 79-cu dəqiqəsində “Neftçi” vurulan qollardan birinin əvəzini çıxmağa nail olub. Bakılıların fransalı yarımmüdafiəçisi Kilan Lebon adını tabloya yazdırıb – 1:3. Görüş bu hesabla da başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 17-də oynanılacaq.

***

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Yenicag.az xəbər verir ki, “Neftçi Arena”da oynanılan görüş saat 21:00-da start götürüb.

Qarşılaşmanı isveçrəli hakim Lukas Fandrix idarə edir.

Qeyd edək ki, komandalar arasında İstanbuldakı cavab görüşü avqustun 17-də keçiriləcək.

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv