!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” FK-nın bazasına hücum edən azarkeşlər cəzalandırıldılar

!Reklam – Yazi

Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol komandasının bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər – Arif Dadaşov, Ceyhun Quliyev, Vasif Rzayev və Sabir Nəzərov müəyyən olunaraq saxlanılıblar.

Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər iki nəfər isə cərimə edilib.

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv