!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Neftçi"dən möhtəşəm geridönüş: növbəti mərhələdə

!Reklam – Yazi

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Neftçi” və Kipr “Aris”inin start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Neftçi”: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov

“Aris”: 1. Vana, 3. Kaju, 7. Leo Benqtsson, 8. Morqan Braun, 13. Delmiro Evora Naskimento, 14. Artur Yannik Qomis, 20. Stiv Yaqo, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 31. Frants Brorsson, 37. Yulius Syoke

Ehtiyat oyunçular: 28. Neofitos Stilianu, 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 9. Daniel Sikorski, 30. Aleks Muketu-Mussunda, 58. Yevgeni Yablonski, 65. Yanis Dede Lomme, 72. Floriss Cave

Qeyd edək ki, “Bakcell Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Larnakadakı ilk matçda “ağ-qaralar” 0:2 hesabı ilə uduzub.

***

“Neftçi” – “Aris” görüşü başladı.

***

“Neftçi” klubu Kipr “Aris”inə qarşı UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasından əvvəl anlamlı addım atıb.

Yenicag.az xəbər verir ki, hər iki komandanın üzvləri və 3 hakim meydana Qarabağ müharibəsində canından keçmiş şəhidlərin övladları ilə çıxıb.

“Neftçi”nin yay düşərgəsində iştirak etmiş 25 şəhid övladı qazona ayaq basıb. “Neftçi”nin formasında olan azyaşlıların nömrələri simvolik olaraq “44” olub. Onları biri-birindən fərqləndirən isə kürəklərindəki nömrələrin üstündə şəhid atalarının ad-soyadlarıdır.

***

Donyo matçın 38-ci dəqiqəsində “Neftçi”nin ilk qolunu vurdu: 1-0.

***

Eddi İsrafilov 57-ci dəqiqədə “Neftçi”nin ikinci qoluna imza atdı: 2-0.

***

Sayef komandasının 3-cü qolunu vurdu: 3-0.

***

Aris”in ingiltərəli yarımmüdafiəçisi Morqan Braun 82-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.

***

“Neftçi” ilk oyunda 2-0 məğlub olduğu rəqibinə Bakıda 3-0 hesabı ilə qalib gəlməklə adını növbəti mərhələyə yazdırdı.

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv