!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” mövsümdə ilk qələbəsini qazandı

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında IV turun oyunları davam edir.

Yenicag.az xəbər verir ki, günün ilk görüşü “Neftçi Arena”da keçirilib.

Geridə qalan üç turda qələbə qazana bilməyən “Neftçi” xal üzünə həsrət qalan “Qəbələ”ni qəbul edib. Matçda hesab 45+3-cü dəqiqədə açılıb. Rəhman Hacıyev dəqiq zərbə ilə “ağ-qaralar”ı önə keçirib. Paytaxt təmsilçisi 70-ci dəqiqədə meydanda azlıqda qalıb. Gənc qapıçı Rza Cəfərov qırmızı vərəqə alıb.

Lakin qonaqlar say üstünlüyündən yararlana bilməyiblər. Əksinə, növbəti qol da ev sahiblərindən gəlib. Künc nöqtəsindən ötürülən topu Yuri Matias başla qapıdan keçirib. Bu, həm də görüşün nəticəsini müəyyən edib.

“Qəbələ”ni 2:0 hesabı ilə məğlub edərək, mövsümdə ilk qələbəsini qazanan “Neftçi” xallarının sayını 5-ə yüksəldib. Ardıcıl 4-cü yenilgisini alan “qırmızı-qaralar” isə sonuncu pillədə qalıblar.

Turun əvvəlki oyunlarında “Səbail” səfərdə “Turan Tovuz”a 3:1, “Zirə” öz meydanında “Sabah”a 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan”la “Sumqayıt” isə heç-heçə (1:1) ediblər.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Kəpəz” (20:45) matçı ilə yekun vurulacaq./Report/

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv