!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” “Şamaxı”ya qalib gəldi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

Yenicag.az xəbər verir ki, turun açılış matçında “Şamaxı” və “Neftçi” komandaları üz-üzə gəlib. Şamaxı şəhər stadionundakı ilk qarşılaşma kimi tarixə düşən matç qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada ilk qol 10-cu dəqiqədə vurulub. “Neftçi”nin “Şamaxı”da icarədə olan futbolçusu Rəhman Hacıyev cərimə zərbəsini dəqiq yerinə yetirərək, müqavilə üzrə məxsus olduğu klubu məyus edib. İlk yarı “Şamaxı”nın üstünlüyü ilə başa çatıb – 1:0.

Fasilədən sonra fəallığını artıran “Neftçi” 60-cı dəqiqədə bərabəlik qoluna imza atıb. Braziliyalı forvard Tiaqo Bezerra əks-hücumu dəqiq zərbə ilə tamamlayıb. 72-ci dəqiqədə isə onun həmyerlisi Ramon Maçado çoxgedişli kombinasiyadan sonra komandasının qələbə topunu vurub.

Bununla da “Neftçi” xalını 41-ə çatdıraraq, ikinci pillədə möhkəmlənib. 20 xala malik “Keşlə” isə 6-cı mövqedə qalıb.

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv