!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Neftçi"də rəzalət: Mühafizəçilər futbolçuları bazaya buraxmadı  

!Reklam – Yazi

“Neftçi”nin əcnəbi futbolçuları Lukas Qomezlə Mayk Kampaz xoşagəlməz durumla qarşılaşıblar.

Yenicag.az xəbər verir ki, legionerlər məşq üçün klubun bazasına yollansalar da, mühafiəçilər futbolçuların qarşısını kəsib.

Bu barədə Kampaz şəxsi “İnstagram” səhifəsində məlumat yayıb. Futbolçu bildirib ki, mühafizəçilərə bu tapşırığı klub rəhbərliyi verib. Əcnəbi futbolçunun sözlərinə görə, onlara bu barədə öncədən məlumat verilməyib. O, klubdan müqavilə şərtlərinə əməl edilməsini tələb edib.

Qeyd edək ki, adıçəkilən futbolçuların ilin sonunadək müqaviləsi olsa da, klub  prezidenti Kamran Quliyev hər cəhddə onları “Neftçi”dən göndərməyə çalışır.

www.yenicag.az

2166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv