!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi”dən “Spartak” üçün xüsusi sektor

!Reklam – Yazi

“Neftçi” – “Spartak” oyununda azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin edilməsi üçün atılacaq addımlar bəlli olub.

Yenicag.az xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Yoldaşlıq görüşü zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır. “Neftçi Arena”da keçiriləcək matçda Moskva təmsilçisinin fanatları üçün xüsusi sektor ayrılacaq.

“Spartak” azarkeşləri bu sektora bilet əldə etmək üçün komandalarının müvafiq qurumları ilə əlaqə yaratmalıdır. “Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyanların olması məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq.

Qeyd edək ki, “Neftçi” – “Spartak” matçı martın 23-də keçiriləcək.

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv