!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftçilərin hüquqlarının müdafiəsi ilə bağlı layihənin icrasına başlanıldı

!Reklam – Yazi

2023 il iyulun 1-dən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial cəhətdən zəif müdafiə olunmuş vətəndaşlara pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların göstərilməsi” layihəsinin icrasına başlanılıb.

Sözügedən İctimai Birlikdən Yenicag.az-a daxil olan məlumata görə, icrasına başlanılan layihənin məqsəd və vəzifələri, əsasən, keyfiyyətli hüquqi yardıma əlçatanlığın təmin edilməsi və sosial cəhətdən zəif müdafiə olunmuş digər insanların qanuni hüquq və maraqlarının daha səmərəli müdafiəsinin təşkil edilməsi, vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün müraciətlərin artması ilə hüquq sistemi və qanunun aliliyi prinsipinin bərqərar olmasına dəstək verilməsi və pozulmuş hüquqların bərpa edilməsi üçün vətəndaşların hərəkətinin təşviq olunmasından ibarətdir.

Layihə çərçivəsində hüquqi yardıma ehtiyacı olan vətəndaşlara məsləhətlər veriləcək, onlar üçün müvafiq qurumlara müraciətlər, ərizə və şikayətlər tərtib ediləcək, həmçinin məhkəmə orqanlarına müraciətin zəruri olduğu hallarda iddia ərizələri hazırlanacaq. Qəbul günlərindən başqa günlərdə də ehtiyacı olan vətəndaşlara hüquqi yardım göstəriləcək.

Yazılı, şifahi müraciətlər telefon, veb-sayt, sosial şəbəkələr vasitəsi ilə cavablandırılacaq.

Layihənin icrası çərçivəsində “UNİON” vəkil bürosu və ekspert-hüquqşünas ilə bağlanmış müqavilə əsasında beş ay müddətində (01.07.2023 – 01.12.2023 il) Bakı, Şirvan, Masallı, Mingəçevir şəhərlərində vətəndaşların qəbul günləri və hüquqi yardım aksiyaları təşkil ediləcək.

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv