Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Neftçi”nin futbolçusu ciddi zədə alıb

Reklam: Sinerji Pro

“Neftçi” klubunun futbolçusu Soni Mustivar Haiti yığmasının düşərgəsində zədələnib.

Yenicag.az Haiti Futbol Federasiyasının rəsmi saytına istinadənxəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi məşqlərin birində komanda yoldaşı ilə toqquşma nəticəsində xəsarət alıb. MRT (maqnit-rezonans tomoqrafiyası) nəticəsində onun sağ dizinin iç bağlarının qırıldığı müəyyənləşib.

Bu səbəbdən, Mustivarın yaşıl meydanlardan 1 aydan 3 ayadək uzaq qalacağı açıqlanıb. Lakin bu müddətdə cərrahi müdaxiləyə ehtiyac duyulmayacaq. Beləliklə, “Neftçi” Avropa Liqasının təsnifat mərhələlərində mərkəzi amerikalı legionerinin xidmətlərindən yararlana bilməyəcək.

Qeyd edək ki, Haiti millisi hazırda ABŞ, Kosta-Rika və Yamaykada təşkil olunacaq “Gold Cup”a hazırlaşır. Şimali və Mərkəzi Amerikanın 16 ölkəsinin qatıldığı yarış iyunun 15-dək iyulun 7-dək keçiriləcək.

Loading...

www.yenicag.az

2063
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100