!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu

!Reklam – Yazi

“Neftçi”nin UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, “ağ-qaralar” Bosniya və Herseqovina “Jelezniçar”ı ilə qarşılaşacaqlar.

Sözügedən komanda I təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) klubunu mübarizədən kənarlaşdırıb. Evdə 2:2 hesablı heç-heçə edən “Jelezniçar” UEFA-nın qərarı ilə Belarusda keçirilməyən və Bakıdakı “Azersun Arena”da baş tutan cavab oyununda 2:1 hesablı qələbə qazanıb. Yekunda 4:3 üstün olan Bosniya və Herseqovina klubu mərhələ adlayıb.

“Neftçi” “Jelezniçar”a qarşı ilk oyunu iyulun 27-də səfərdə, cavab matçını avqustun 3-də evdə keçirəcək.

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv