!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Neftçi”nin oyunçusu bu hərəkətinə görə üzr istədi

!Reklam – Yazi

Avqustun 21-də Əvəzedicilər Liqasının 3-cü turunda keçirilmiş “Sabah-2” – “Neftçi-2” oyununda insident yaşanıb.

Yenicag.az xəbər verir ki, “Neftçi-2″nin oyunçusu Rüfət Abbasov 90+4-cü dəqiqədə rəqib oyunçu Səbuhi Qurbanova qəsdən zərbə endirib. Nəticədə o, birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

R.Abbasov hadisə ilə əlaqədar “Neftçi”nin saytına açıqlama verərək üzr istəyib. O deyib:

“Səhvimi başa düşürəm. Bu, peşəkar futbolçuya yaraşan hərəkət deyildi, bunu anlayıram. Matçın son dəqiqələri idi, məğlub olurduq, üstəlik, oyunum da alınmırdı. Bu səbəbdən gərgin idim və həmin an əsəblərimi cilovlaya bilmədim. Bütün komanda yoldaşlarımdan, məşqçi heyətimizdən, rəqib komandadan və şəxsən Səbuhi Qurbanovdan etdiyim hərəkətə görə üzr istəyirəm”.

R.Abbasov deyib ki, oyundan sonra S.Qurbanov ilə şəxsən görüşüb və üzrxahlığını bildirib: “Neftçi”nin əsas heyətinə dəvət olunan futbolçunun bu cür hərəkətə yol verməməli olduğunu başa düşürəm. Gələcəkdə bu cür halların bir daha təkrarlanmamasına çalışacağam”.

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv