!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Neftçi”nin yeni prezidenti məlum oldu - YENİLƏNDİ

!Reklam – Yazi

Fərrux Mahmudov “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti (baş icraçı direktoru) təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdə isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.

Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olub. F.Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

***

13:22

Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.

Yenicag.az xəbər verir ki, bu barədə klub rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Paytaxt təmsilçisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, 2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin rəhbərliyi dövründə “Neftçi” PFK ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv