!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftin qiyməti 139 dolları ötdü - Son 10 illik REKORD / YENİLƏNDİ

!Reklam – Yazi

Dünya bazarlarında “Brent” neftinin qiyməti 139 dollara çatıb.

Qeyd olunub ki, neft qiymətləri bu həddə çatandan sonra qismən ucuzlaşmağa başlayıb. Hazırda birjalarda “Brent” neftinin may fyuçersləri 130 dollar/barel ətrafında alınıb satılır.

Ötən həftəsonu ilə müqayisədə qiymət artımı 18 faizə bərabər olub.

“JPMorgan Chase & Co.” agentliyinin proqnozlarına əsasən, Rusiyadan neft nəqlinin dayanması təqdirində “Brent” neftinin qiymətləri ilin sonunadək 185 dollaradək çata bilər.

Qeyd edək ki, neft qiymətləri 2008-ci ildə 143 dollar həddinədək çatmaqla tarixi rekordu vurmuşdu.

***

09:00

“Brent” markalı neftin bir barel üçün qiyməti 130 ABŞ dollarını keçərək 2012-ci ilin ən yüksək qiyməti olan 128 dolları ötüb.

Bakı vaxtı ilə saat 3:28-ə olan məlumata görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 9,35% artaraq bir barel üçün 129,06 dollar olub. WTI markalı aprel fyuçersləri 9,68% artaraq 126,12 dollara çatıb.

Eyni zamanda, ticarət məlumatlarına görə, saat 3:06-da “Brent” markalı neftin qiyməti təxminən 130,3 dollara çatıb. Maksimal qiymət 130,89 dollar olub.

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv