!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftin qiyməti 7 dollardan aşağı düşəcək

!Reklam – Yazi

“Brent” markalı neftin qiyməti 74,47 dollara qədər enəcək.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Enerji İnflyasiya Adminstrasiyası (EIA) gələcək qlobal iqtisadi narahatlıqları əsas gətirərək, bu il üçün “Brent” markalı neftin qiymətini təxminən 7 dollar aşağı salıb.

Aprelin əvvəlində OPEC və OPEC+ qrupuna daxil olan ölkələr tərəfindən qərara alınan istehsal həcminin azalması, həmçinin qlobal iqtisadiyyatın zəifləməsi məlumatlarının, bank sektoru ilə bağlı davam edən riskin və inflyasiya narahatlıqlarının neft qiymətləri üzərində aşağı istiqamətli təzyiqi artırdığı qeyd olunub.

Buna əsasən 2023-cü il üçün “Brent” markalı neftin bir barelinin ortalama qiyməti 78,05 dollar olacağı təxmin edilir. “Qərbi Texas” (WTI) markalı neftin qiyməti isə 73,62 dollar olması gözlənilir.

Gələn ilə olan proqnozlara görə, “Brent” markalı neftin qiyməti 74,47 dollar, “Qərbi Texas” (WTI) markalı neftin isə, 69,47 dollar olacağı ehtimal edilir.

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv