!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nemət Pənahlının avtomobili niyə cərimə meydançasına aparıldı? - DYP-dən AÇIQLAMA - YENİLƏNDİ

!Reklam – Yazi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) partiya sədri Nemət Pənahlının idarə etdiyi avtomobilin cərimə meydançasına aparılmasının səbəbini açıqlayıb.

Yenicag.az xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Unikal”a bildirib ki, 2000-ci il təvəllüdlü Pənahlı Əhəd Nemət oğluna məxsus “Toyota Land Cruiser” markalı, 90-KM-590 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1100 manat məbləğində ödənilməmiş cərimə olub:

“Həmin cərimələrə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsinə uyğun olaraq Nəsimi Rayon Məhkəməsində avtomobilin müvəqqəti duracağa təmin edilməsi üçün, yəni nəqliyyat vasitəsinin hərəkətdən uzaqlaşdırılması barədə qərar qəbul olunub. Dövlət Yol Polisi əməkdaşları sükan arxasında olan Nemət Pənahlıya qeyd edilən vəziyyəti izah edib, hüquqi izahdan sonra şəxsin barəsində qanuni tədbirlər görülüb”.

“Bildirmək istəyirik ki, avtomobillər üzərində ödənilməmiş cərimələrə görə nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin olunması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq, həyata keçirilir. Hər bir avtomobil sahibindən nəzərdə tutmuş qaydalara ciddi şəkildə riayət etməsini xahiş edirik”, – DYP rəsmisi vurğulayıb.

Qeyd edək ki, Nemət Pənahlı Azərbaycan Milli Dövlətçilik Partiyasının sədridir.

***

12:38

Bu gün səhər saatlarında Azərbaycan Milli Dövlətçilik partiyasının sədri Nemət Pənahlını DYP əməkdaşları saxlayıb.

Yenicag.az xəbər verir ki, DYP əməkdaşı 90-KM-590 dövlət nömrə nişanlı avtomobili idarə edən Nemət Pənahlıya Tbilisi prospekti, “Avropa” otelinin yaxınlığında “saxla” əmri verib.

Bildirilir ki, Nemət Pənahlının avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb:

“Ehtimal ki, Nemət Pənahlı yol hərəkəti qaydalarını pozub. Polis əməkdaşı sənəd tələb etdi. Partiya sədri sənəd təqdim etmədi, mübahisə yaşandı. DYP əməkdaşı ilə Nemət Pənahlı arasında təxminən 15 dəqiqə söhbət oldu. Həmin ərazidə tıxac səbəbindən hadisəni sona qədər izləyə bilmədim”./Sitat.info/

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv