Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qatil özünü partlatdı

84946Öldürülməsi ilə dünyaya səs salan rusiyalı müxalifətçi lider Boris Nemtsovun qətlində şübhəli bilinən şəxslərdən biri özünü partladıb.

Yenicag.az anspress-ə  istinadən verdiyi məlumata görə, bu xəbəri hüquq-mühafizə orqanlarında işləyən mənbə verib.

Polislər şübhəlinin saxlanılması üçün əməliyat həyata keçiriblər. Polis tərəfindən mühasirəyə alınan cinayətkar əlində olan iki qumbaradan birini polis əməkdaşlarına atıb, digəri ilə özünü partladıb.

Qeyd edək ki, artıq Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun sözlərinə görə, saxlanılanlar Zaur Dadayev və Anzor Qubaşevdir.

Moskvanın Basmannı məhkəməsinin həmin şəxslərin həbs edilməsi barədə işə martın 8-də baxacağı gözlənilir.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.

Loading...

www.yenicag.az

344
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100