!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəqliyyat sektorunu “yaşadan” DİZEL YANACAĞI: “Onun da bahalaşacağına dair narahatlıq...” - ŞƏRH

!Reklam – Yazi

Ötən gün Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiyməti artırılıb.

Bu artım nəticəsində “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edib. Bu gün isə xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-98” markalı benzinin qiymətində baş verən artımdan sonra onun satışı 2,30 manatdan həyata keçirilməyə başlanıb. Bu artım fonunda dizel yanacağının qiyməti ilə bağlı vəziyyət isə hələ sual altındadır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında bildirib ki, “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin bahalaşması sırf iqtisadi amillərlə bağlıdır:

“Tarif Şurasının müvafiq qərarına əsasən, qiymət artımı məhz xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzininə şamil olunub.

Qeyd edim ki, beynəlxalq analitiklər tərəfindən yanacağın qiymətinin bahalaşacağı ilə bağlı proqnozlar səsləndirilirdi. Ölkəyə xaricdən gətirilən müxtəlif markalı benzinlərin qiymətinin bahalaşması bu proqnozların reallığı əks etdirdiyini göstərir.

Bütün hallarda kütləvi istifadə olunan dizel yanacağının qiymətinin də bahalaşacağına yönəlik cəmiyyətdə narahatlıq var və hər kəs gözləmə mövqeyindədir.

Yaxşı olardı ki, müvafiq dövlət qurumları bu məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırsınlar və dizelin qiymətinin qalxmayacağını bildirsinlər. Dizel yanacağı Azərbaycanın nəqliyyat sektorunun əsas yanacaq növüdür”.

Gülşən Şərif

www.yenicag.az

676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv