!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nəriman ikinci dəfə kəmərini müdafiə etdi, rusiyalı idmançı döyüşdən qaçmağa başladı

!Reklam – Yazi

Rusiyanın paytaxtı Moskvada keçirilən “AMC Fight Night 100” döyüş gecəsində azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov ikinci dəfə yüngül çəkidə qazandığı kəməri müdafiə edə bilib.

Yenicag.az xəbər verir ki, “Çingizxan” ləqəbli idmançı çeçen MMA döyüşçüsü Şamil Əmirovla qarşılaşıb.

Ağıllı taktika ilə döyüşü müdafiədə keçirən Nəriman ikinci raunddan etibarən rəqibin yorğunluğundan yararlanmağa başlayıb.

Üçüncü raundda rusiyalı idmançı oktaqonda döyüşdən qaçmağa çalışıb. Nəticədə baş hakim Əmirovun Nərimanın zərbələri qarşısında müqavimət göstərə bilmədiyini görüb, döyüşü Nərimanın xeyrinə saxlayıb.

Şamil Əmirov döyüşdən qaçmasını xeyli çəki salması ilə izah edib. O, bu döyüşə razılıq verdiyi üçün anasından üzr də istəyib.

Ötən ilin sentyabrın 25-də Rusiyanı təmsil edən gürcü Mixail Qoqitidze ilə döyüşdə kəmərini müdafiə etməyi bacarmış Nəriman Abbasov ardıcıl 11-ci görüşündə də qalib gəlib.

Bu, onun peşəkar karyerasında 26-cı qələbəsi olub. /oxu.az/

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv